Bakıda avtomobil ər və arvadı vurdu

Baxış sayı:
373

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1933-cü il təvəllüdlü Əliyev Əli Qadın oğlu və onun həyat yoldaşı, 1944-cü il təvəllüdlü Əliyeva Mina Saleh qızını vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Əliyevə döş qəfəsinin küt travması, M.Əliyevaya isə sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub (Report).