​Bakıda avtobus evakuatorla toqquşdu - Xəsarət alanlar var

Baxış sayı:
8197

Bakıda marşrut avrobusu qəzaya uğrayıb.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında baş verib.
Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində marşrut avtobusunda olan sərninlərdən bir neçəsi xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı da var. Faktla bağlı araşdırma aparılır. (Trend)