Bakıda AĞIR QƏZA: YPX avtomobili 2 yük maşınına çırpıldı (VİDEO)
30-10-2018 09:28
Baxış sayı:
7570

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Muxalifet.az Baku.ws-yə istinadən xəbər verir ki, iki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib.
Qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb.
Hadisə zamanı ölən və yaralananlar haqqında məlumat yoxdur.