Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq
30-10-2018 18:53
Baxış sayı:
9502

Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reyslər həyata keçirəcək.
Reyslər 2019-cu ilin aprelin 3-dən etibarən həyata keçiriləcək.
Bak-Buxarest-Bakı reysi üzrə biletlərin qiyməti 341 avrodan başlayacaq. Bilet qiymətinə 10 kiloqramadək əl yükü, 23 kiloqram baqaj və yemək daxildir.
Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.