Bakı-Sumqayıt yolundan istifadə edənlərə XƏBƏRDARLIQ

Baxış sayı:
2686

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a bildirib ki, Bakı-Sumqayıt yolunun Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində) hissəsi təmir işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-dən etibarən avtomobillərin hərəkəti üçün qismən məhdudlaşdırılıb.

Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.