Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN

Baxış sayı:
11494

Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi “Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub. Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb. Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.