Bakı səmasında görünən yad cisim UNO idi? – Rəsədxanadan açıqlama

Baxış sayı:
14188

Xəbər verdiyimiz kimi, avqustun 29-u Bakının Xətai rayonunda naməlum obyekt görünmüşdü. Yad cisimi videolentə alan şəxslər onun UNO olduğunu idda etmişdilər. Bəs həqiqətəndə o obyekt UNO idi? 

Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ətayi Ədalət “Yeni Sabah”a açıqlama verib.

O, həmin naməlum obyektin UNO olmadığını deyib:

“Mən iki aydır ki, burdayam. 29-u günü hava biraz buludlu idi, amma yenə də pis deyildi. Lakin bizə naməlum obyekt rast gəlməyib. İkincisidə ki, mən sizə açıq deyəcəyəm, bu naməlum obyektlər söhbəti yoxdur. Sadəcə olaraq, müxtəlif silah və ya uçan aparatların öz yolunu azmasıdır. Yəni bizdə belə bir anomal hadisə müşahidə olunmayıb”.