Bağdadinin öldürülməsi ilə bağlı şok iddia - İtavi adlı şəxs...
19-11-2019 11:31
Baxış sayı:
12121
Türkiyə İŞİD lideri Əbu Bəkr əl Bağdadinin öldürülməsi ilə bağlı yeni məlumat açıqlayıb. Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Bağdadinin yerinin tapılması üçün lazım olan əsas məlumatların ABŞ-a Türkiyə tərəfindən verildiyini bildirib: "Keçmişdən bugünə Bağdadiyə yaxın olan adamlar və bəzi ailə üzvlərini ələ keçirmişdik. Onlar içərisində İŞİD liderinə çox yaxın olanları vardı. Misal üçün qeyd edim ki, İtavi adlı bir şəxsi həbs etmişdik. Olduqca vacib məlumatlara sahib idi. ABŞ hərbçilərinə Bağdadinin olduğu evin yerini məhz həmin şəxs göstərib".