“AZƏRSU” İŞÇİLƏRİN MAAŞINI KƏSİB - Üstəlik, bayram və bazar günləri məcburən işə çıxardılan əməkdaşlara əmək haqqı yazılmır

Baxış sayı:
4216

“Azərsu” ASC-nin bir qrup əməkdaşlarının maaşı kəsilib. Bu haqda Muxalifet.az-a işçilərdən biri məlumat verib.
Bildirilir ki, “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi işçilərin əmək haqqin kəsib:
“May ayının axırı qəbul olunan qərar, növbəti ayda tətbiq olunmalı idi, amma “Azərsu” ASC bunu may ayına bütöv tətbiq edib və işçilərə heç bir xəbərdarlıq olunmayıb.
Azərbaycan respublikasının qanunvericiliyində belə bir qanun var, əgər işçilər ərazilərdə işləyirsə, ona əlavə kompensasiya ödənilməlidir. “Azərsu” ASC işçiləri bundan məhrum edib. Üstəlik, bayram və bazar günləri işçiləri işə çıxardır, amma əmək haqqı yazmır. Bunu sübut etmək asandır, fakturlama qrupunun işinə baxsalar, görəcəklər ki, bazar və bayram günləri işləyirlər.
Bu, məcburi işəçıxma Bakının bütün rayonlarında tətbiq olunur. İşçilər bütöv ayda (bayram günləri olduqda əmək haqqı yazılmır və maaş az olur) 550 manat maaş alır. Bu maaşdan günə ən azı 2 manat yol pulu, 4-5 manat nahara xərclənəndə işçiyə 250 manat qalır, bəzəndə daha az. Bu maaşla özləri dolana bilərmi? Səs çıxardanda da deyirlər ki, “bəyənmirsən ərizəni yaz, çıx”. Xahiş edirəm ki, bu məsələni işıqlandırıb, hər kəsi məlumatlandırın”.
Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı qurumun rəsmi mövqeyini dərc etməyə çalışacağıq.