"AZƏRBAYCANDAN OLAN QAÇQINLAR DÖZÜLMƏZ ŞƏRAİTDƏ YAŞAYIRLAR” - Almanlar həyəcan təbili çalırlar

Baxış sayı:
2371

Myunsterdə (Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya) miqrantların problemləri ilə məşğul olan könüllülər keçmiş Birkeneck otelindəki qaçqınların acınacaqlı vəziyyətdə və pis sanitar şəraitdə yaşadıqlarını bildirirlər.

Virtualaz.org yerli muensterland.wn.de nəşrinə istinadən bildirir ki, söhbət Azərbaycan, Ermənistan, İran və İraqdan olan miqrantlardan gedir.

Ötən il yerli rəhbərlik burada 70 qanuni və qanunsuz miqrant qeydiyyata alıb.

Könüllülərin dediyinə görə, şəhər rəhbərliyi miqrantları mərkəzləşdirilmiş qaydada yerləşdirməyə çalışır, lakin burada-oteldə onları ayrı-ayrı ölkələrdən gəldiklərini, nizam-intizam və gigiyena ilə bağlı tamamilə fərqli düşüncələrə sahib olduqlarını, müxtəlif  kulinariya üstünlüklərinə malik olmalarını nəzərə almadan bir damın altına toplayıblar.

Qaçqınların qayğısına qalan könüllülər nəşrə onu da bildiriblər ki, heç kim pilləkənləri və keçmiş otelin ümumi mətbəxini təmizləmir. Könüllü İris Blumun sözlərinə görə, oteldə demək olar ki, qapıların çoxu yoxdur, olanların da kilidləri sındırılıb. "İnsanlara harada yerləşdiriləcəyini söylədikdə qorxurlar",- deyə könüllü vurğulayıb.

Ayne-Myussingendə yaşayan bir qrup qaçqına qayğı göstərən könüllülər qrupuna daxil olan Herman Latterbeck-in sözlərinə görə, bəzi miqrantlar dörd ildir köhnə oteldə yaşayır və buradakı acınacaqlı yaşayış şəraiti səbəbindən çox ruhdan düşüblər...