​Azərbaycanda sahibkar “Toyota”nı aşırdı – HADİSƏ YERİNDƏ ÖLDÜ

Baxış sayı:
2812

Salyanda baş verən yol qəzasında sürücü ölüb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90 BK 939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
 
Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.