Azərbaycanda prokuror koronavirusdan vəfat etdi
3-12-2020 21:51
Baxış sayı:
1306

Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Şıxəli Alməmmədov sabah Göygöl rayonunda torpağa tapşırılacaq.