Azərbaycanda FACİƏ - Qonşu qızla oğlan intihar etdi

Baxış sayı:
4915

Bu gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.
Muxalifet.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır