​Azərbaycanda ermənilərə xidmət edən jurnalisti kim himayə edir? – SENSASİON FAKTLAR

Ötən həftə tanınmış jurnalist Mürtəza Bünyadlı özünün Facebook səhifəsində Azərbaycanda ermənilərə xidmət edən sayt haqda sensasion məlumat yaymışdı. Bundan sonra Hurriyyet.org-un əməkdaşı mövzunun əhəmiyyətini nəzərə alıb M.Bünyadlıdan geniş müsahibə götürdü. Hansı ki, artıq dəyərli oxucularımız istər jurnalistin fikirləri ilə tanış olublar.
Xatırladaq ki, B.Bünyadlı Sputnik.az saytının baş redaktoru Əziz Əliyevin Rusiyadakı erməni lobbisinə xidmət etdiyini iddia edirdi. Onun sözlərinə görə, anası erməni olan və vaxtilə Moskvada çalışan Ə.Əliyev Rusiyadakı erməni lobbisi tərəfindən Azərbaycana göndərilib.
Qeyd edək ki, əslində Sputnik.az saytının baş redaktoru haqda bu cür ittihamlar yeni deyil. Yəni bir ildən artıqdır ki, Əziz Əliyev barəsində müxtəlif informasiya saytlarında onun ermənilərə xidmət etməsindən bəhs olunan yazılar dərc olunur. Lakin, maraqlıdır ki, bu müddət ərzində müvafiq qurumlar bu insanla bağlı heç bir araşdırma aparmır və ölçü götürmürlər. Çünki, əks halda Sputnik.az saytı öz fəaliyyətini günbəgün daha da genişləndirməzdi...
Əslində, M.Bünyadlının da iddia etdiyi kimi, Ə.Əliyevin Azərbaycana gəlişi heç də təsadüf olmayıb. Məlumat üçün bildirək ki, o, vaxtilə Moskvada tanınmış media maqnatı Aram Qabrelyanın yanında, “Life” jurnalında fəaliyyətə başlayıb. Sonradan məhz onun - Aram Qabrelyanın dəstəyi ilə Bakıya göndərilib.
Yeri gəlmişkən, əldə etdiyimiz məlumata əsasən, 2016-cı ilin aprelində baş verən 4 günlük müharibə zamanı Moskvadan “Life news” telekanalının müxbirləri müvafiq akkreditasiyadan keçmədən cəbhə bölgəsinə yollanıblar. Onlar Aram Qabrelyanın da üzvü olduğu erməni lobbisinin tapşırığı əsasında Azərbaycanda qərəzli reportaj hazırlamaq niyyətində olublar. Lakin yerli mətbuat nümayəndələrinin çevikliyi nəticəsində onların bu çirkin niyyəti baş tutmayıb. Nəticədə heç bir reportaj hazırlamağa imkan verilmədən, respublika hüdudlarından kənarlaşdırılıblar.
Əlbəttə, “Life news” telekanalının müxbirləri Azərbaycana heç də dəvətsiz gəlməyib. Bu işdə ölkəmizin daxilində də maraqlı qüvvələr olub və məhz onların köməkliyi ilə həmin jurnalistlər cəbhə bölgəsinə problemsiz yola salınıblar...(Bu haqda növbəti yazımızda – müəl.)
Onu da qeyd edək ki, hazırda redaksiyası Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında yerləşən Sputnik.az saytı maddi cəhətdən kifayət qədər təmin olunub. Bu saytın əməkdaşları Azərbaycan standartlarına görə çox yüksək maaş alır, üstəlik ölkəmizdəki əksər media orqanlarından fərqli olaraq Sputnik.az-ın regional müxbirləri də fəaliyyət göstərir. Hətta belə bir informasiya da var ki, 2016-cı ildə saytın bölgə müxbirləri Göygöl rayonunda erməni qəbiristanlıqları haqda milli maraqlarımıza zidd olan reportaj hazırlamaq istəyiblər. Lakin bu zaman onların fəaliyyətinin qarşısı alınıb...
Ümumilikdə isə belə deyə bilərik ki, Sputnik.az saytı Azərbaycanda bütün sahələrdə öz işini qura bilib və çoxsaylı rəsmi və qeyri-rəsmi mənbələrdən məlumat əldə etmək imkanına malikdir. Ermənilərin isə Azərbaycandan istədikləri nədir: ölkəmizin müdafiə qabiliyyəti ilə bağlı informasiyalar toplamaq və “4-cü hakimiyyət” hesab olunan mətbuat vasitəsilə Azərbaycan haqqında lazımi məlumatlar və təhlil materialları əldə etmək.
Məlumat üçün bildirək ki, Sputnik.az “Russia Today” media şəbəkəsinə daxildir. Hansı ki, Azərbaycanın aidiyyatı qurumlarının bu cür tanınmış və nüfuzlu kanalla yaxın münasibətdə olması ölkəmiz üçün əhəmiyyət kəsb edir. Ancaq maraqlı odur ki, barəsində şok faktlar açıqlanmasına, ciddi ittihamlar irəli sürülməsinə rəğmən, Əziz Əliyev Azərbaycanda sanki “toxunulmazlıq” statusuna sahibdir. Bu halda isə, təbii olaraq belə bir sual ortaya çıxır: ermənilərə xidmət edən jurnalisti kim, hansı qüvvələr himayə edir:
1. Azərbaycan daxilindəki müəyyən məmurlar?
2. “Raşa Today”in rəhbəri Dmitri Kiselyov?
3. Erməni dairələri?
Hurriyyet.org
P.S. Mövzunu araşdırırıq.