AZƏRBAYCANDA DAHA BİR TENDER SAXTAKARLIĞI - 190 min manat vergi borcu olan şirkət qalib elan edildi

Baxış sayı:
3670

Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi qazanxana-istilik sistemlərinin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Muxalifet.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Parlaq-N" MMC-dir.

Qalib şirkətə 2,025 milyon manat ödəniləcək.

"Parlaq-N"in bu günə 191 501 manat vergi borcu var.