Azərbaycanda daha 119 nəfər koronavirusa yoluxdu – 2 PASİYENT VƏFAT ETDİ

Baxış sayı:
1889

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1917 nəfərdir.

Ölkədə son sutka ərzində 7601, ümumilikdə isə 1035286 test aparılıb.