Azərbaycanda bu tarixdə karantin rejimi tam bitəcək - AÇIQLAMA

Baxış sayı:
6303

Bu gün koronavirus pandemiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın iki il çəkəcəyini səsləndirib. Azərbaycanda pandemiya nə zaman bitəcək?

Bununla bağlı konkret.az-ın suallını cavablandıran professor Adil Qeybulla bildirib ki, sosial həyatın bütün sahələri fəaliyyətə başlamalıdır:

“Rayonlara gediş gəliş açılmalı, nəqliyyat və iri ticarət mərkəzlərinin hər biri fəaliyyət göstərməlidir. Sadəcə karantin davranışları sərtləşməlidir. İnsanlar maska taxmalı, sosial məsafəni qorumalı, dezinfeksiya məhlullarından istifadə etməlidir. Biz pandemiya ilə yaşamağı öyrənməliyik. İstənilən situasiyada “evdə qal” karantininə qayıtmaq olmaz. Çünki bu insanları dərin depresiyaya sala bilər. Virus getdikcə zəifləməkdədir. Sadəcə payızda soyuqdəymə xəstəliklər çox olur. Qalan hallarda rəqəmlərə baxıb, “evdə qal” karantininə qayıtmaq böyük yalnışlıq ola bilər. Yoluxanların sayında artma-azalma dinamikası davam edəcək. Başqa ölkələrdə də var. İkinci dalğa kimi yoluxanların sayında artma müşahidə olunur. Amma bizdə birinci dalğa bitmədi, hələ də davam edir. Qeyd edim ki, pandemiyanın ömrünə çox qalmayıb. Bir neçə aydan sonra, yəni payızın sonunda pandemiya bitəcək. Hazırda virus mutasiyaya uğrayaraq zəifləməkdədir. Payızda insanlara güclü maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə sayəsində anlayırlar ki, koronaviurs təhlükəli xəstəlikdir. Ona görə də qapalı yerlərdə vətəndaşlarımız özlərini qorumağa çalışırlar. Karantin qaydaları pandemiya bitənə kimi gözlənilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini söyləyənə kimi maskanı taxmalı, sosial məsafəni gözləməli, dezinfeksiya məhlullarından istifadə etməliyik. Koronavirusun uzun müddət yaşaması təbiət qanunlarına ziddir”.

 

Adil Qeybulla fikrini belə tamamlayıb:

“Ona görə düşünmürəm ki, gələn il bu virusun başqa bir dalğası başlasın. Hazırda virus sürətlə mutasiyaya uğrayır və eyni zamnada zəifləyir. Düzdür, arada ölümcül ştamları ola bilər. Düşünürəm ki, payızın sonunda pandemiya da, karantin rejimi də tam bitrəcək”.