Azərbaycanda 11 GÜN İŞ OLMAYACAQ
30-11-2019 12:31
Baxış sayı:
12181
Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür.
Həmin gün ölkədə bələdiyyə seçkiləri keçirildiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü Azərbaycan ərazisində iş günü hesab olunmur.
Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.
Eyni zamanda ayın 9 gün (1, 7, 8, 14, 15, 21, 22, 28, 29 dekabr) şənbə və bazar günlərinə təsadüf etdiyindən ay ərzində 11 gün qeyri-iş günü olacaq.//publika