Azərbaycan ordusunun silahlanmasında yer alan İsrail raketinin yeni sınağı – Hədəfi 0.9 metr dəqiqliklə, 400 kilometrdən vurur… / VİDEO

Baxış sayı:
1933

İsrailin “İsrael Aerospace Industries” (IAI) şirkəti iyunun 2-də gəmilər əleyhinə yeni ballistik raketin sınağına dair video dərc edib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, raket hədəfi həm yaxın, həm uzaq məsafədən olduqca yüksək dəqiqliklə vurur.

 

“The Jerusalem Post” qəzetinin yazdığına görə, IAI hədəfi 400 kilometrdən vuran raketin sınağını keçirib. Bu raketin taktiki hədəflər üzrə modifikasiyası isə düşmən obyektini 90 kilometr məsafədən vurur

Həmin LORA operativ taktiki raket kompleksi IAI tərəfindən işlənib hazırlanıb və 2000-ci illərin əvvəllərindən İsrail ordusunun silahlanmasında yer alır. 2018-ci ildən isə bu kompleks Azərbaycan ordusunun silahlanmasına daxil edilib. Azərbaycan bu silahın ilk və hələlik yeganə istismarçısıdır.

İyunun 2-də sınağı keçirilən raket LORA döyüş kompleksinin “yer-dəniz” sinfi üçün nəzərdə tutulub. Bu raket hədəfi maksimal 0.9 metr yayınma ilə vurur. Raketin sınaq buraxılışı dəniz platformasından həyata keçirilib.