Azərbaycan Ordusunun əsgəri şəhid olub - İTKİN DÜŞƏNLƏRİ AXTARKƏN MİNAYA DÜŞÜB / FOTO

Baxış sayı:
241

Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub. Müdafiə Nazirliyindən bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.