Azərbaycan Ordusu Zəngilan, Füzuli və Cəbrayılın bir sıra kəndlərini də işğaldan azad etdi - PREZİDENTDƏN AÇIQLAMA

Baxış sayı:
690

Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.

Muxalifet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

**

"Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Prezident: