Azərbaycan holdinqi Rusiyada çoxmilyardlıq aktivi aldı

Baxış sayı:
13161

Azərbaycanın “AF Holding” Moskvada əvvəllər rusiyalı milyarder Mixail Qutseriyevin “Safmar” qrupuna mənsub olan “Rusinkom” Səhmdar Cəmiyyətinin sahibi olub. “Vedemosti” həftəliyi xəbər verir ki, “Rosinkom”-un səhmləri dövlətə məxsus “Trast” bankının aktivlərinə daxil idi. “Rosinkom” Moskvanın Yujnıy Çertanovo rayonunda, Varşava şossesində 21.7 hektarlıq torpaq sahəsinin və 111 min kvadratmetrlik ofis-anbar kompleksinin mülkiyyətçisi idi. Məlumata görə bank əvvəlcə “Rosnikom”-u 2.6 milyard rubla satmağı planlaşdırıb. Amma yekun sövdələşmənin məbləği gözləniləndən xeyli çox olub. Lakin bank aktivin neçəyə satıldığını açıqlamır. “Trast” alıcının kimliyini də açıqlamayıb, amma iki mənbə aktivi Azərbaycanın “AF Holdng” şirkətlər qrupunun aldığını bildirib. “The Moscow Post” nəşri xatırladaq ki, “Rusinkom” ASC “Safmar” qrupunun digər aktivləri ilə birlikdə “Trast Bank”a təhvil verilib. Aktivlər Qutseriyevlər ailəsinə məxsus “Binbank”-ın iflasa uğraması nəticəsində yaranmış böyük borcları ödəmək üçün götürülmüşdü. Eyni zamanda nəşrin məlumatına görə, borclar 350 milyard rubl civarındadır və təhvil verilən aktivlərin miqdarı 70 milyard rubla çatıb. "The Moscow Post" qeyd edir ki, "Rusinkom" ASC rəsmi olaraq AF Holdinqə təhvil verilsə də, ancaq Mixail Qutseriyev Azay və İlyas Möhnətov qardaşlarının vasitəsi ilə şirkətə nəzarəti davam etdirir. Nəşr öz arqumetlərinin təsdiqi olaraq “Rusinkom” ASC-dən faydalanan şəxslərin adlarının açıqlanmamasına istinad edir. Bildirilir ki, bu “AF Holding”-in Moskvada ilk layihəsidir. “AF Holding” həmin ərazidə orada 500 kv.m sahəsi olan mənzil tikmək niyyətindədir. Maraqlı məqamlardan biri odur ki, eyni planları Mixail Qutseriyev də “Binbank” iflasa uğramamışdan öncə səsləndirmişdi. Həmin vaxt layihəyə 17 milyard rubl investisya yatırılması planlaşdırırdı. "AF Holdinq"in Bakıdakı və Londondakı nümayəndələri sövdələşməni şərh etməyib. Mixail Qutseriyev “Safmar” Sənaye və Maliyyə Qrupunun əsas səhmdarıdır, bunlara "RussNeft" PSC, "NK Neftisa" ASC, "Rusiya kömürü" ASC, “Mospromstroy”, GC “A101”, “SAFMAR” ASC-nin təqaüd fondları, eyni zamanda "Mospromstroy-Fond" ASC, lizinq şirkəti "Europlan" ASC, “VSK” sığorta şirkəti və s. daxildir. O, həmçinin Rusiyanın ən böyük pərakəndə şirkətləri olan “PJSC M.Video” və “Eldorado” MMC-yə də nəzarət edir. O cümlədən Qutseriyev Azərbaycanda və Qazaxıstanda isə neft hasil edən Britaniyanın “GCM Global Energy Inc” şirkətinin sahibidir. Onun sərvəti 2017-ci ildə 6 milyard dollar qiymətləndirilib. “Af holding” qrupuna isə “Uğur-97” tikinti şirkəti, “AFsan Plastik” zavodu, “AF Mall” və “AFcom Plaza” ticarət mərkəzləri, “AF Hotel Aqua Park” oteli və digər aktivlər daxildir. Holdinq habelə “AF Bank”ın sahibi olub və bankın nəzarət səhm paketini 2008-ci ildə Rusiyanın VTB Bank-ı alıb./virtualaz.org