"Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik" - İRAN DEPUTATI

Baxış sayı:
18499

İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib. Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib. "Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik",-deyə deputat vurğulayıb. Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu da etiraf edib: “Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik"./Virtualaz.org