Azərbayacanlılar girov müqabilində azad oluna bilər - GÜNEYDƏ

Baxış sayı:
1266

Güney Azərbaycanda 6 milli-mədəni fəal mühakimə olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Marağa zindanında saxlanılan Həkimə Əhmədi, Məhərrəm Vəlipur (Xoşnam), Əbülfəz Fəkuri, Əkbər Əzizi, Qulamrza Rəşidi və Məhəmmədrza Qurbaninin məhkəmə iclası keçirilib.

Məlumata görə, fəallar barəsində daha əvvəl çıxarılan həbs qərarı avqustun 24-də girov vermək qərarı ilə əvəzlənə bilər.

Qeyd edək ki, adı çəkilən fəallar 10 aydan çoxdur Marağa zindanında saxlanılırlar. Fəalların sistemin əleyhinə təbliğat aparmaqda, milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə və xarici qruplarla əlaqə qurmaqda günahlandırıldığı bildirilir. Azərbaycanlı fəallar irəli sürülən bütün ittihamları qəti şəkildə rədd ediblər.