​AZAD RƏHİMOV VƏFAT ETDİ – Nazirin nəşi Bakıya gətirilir

Baxış sayı:
1358

Xəbər verdiyimiz kimi, Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.
Məlumata görə, A.Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin ölkəmizə gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 2006-cı ildə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, A.Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi./unikal.org