Avropa İttifaqından İranla bağlı — ÇOXDAN GÖZLƏNİLƏN AÇIQLAMA

Avropa İttifaqı İrana qarşı hər hansı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirmir.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Amerikanın iddia etdiyi kimi, Avropa İttifaqı İrana qarşı heç bir sanksiya tətbiq etməyəcək. 
“Biz bunu nə bu gün, nə də ötən həftə müzakirə etmişik. Gələcəkdə də bununla bağlı müzakirələr nəzərdə tutulmayıb. Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etməyəcək”, deyə F.Moqerini vurğulayıb.
Qeyd edək ki, oktyabr ayında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyib. O, İranın nüvə sınaqlarını pisləyib və dünyanın bu baxımdan təhlükədə olduğunu deyib. O, Avropa İttifaqının da məsələyə münasibət göstərəcəyinə ümid etdiyini deyib. Oktyabrın 26-da isə ABŞ Nümayəndələr Palatası səs çoxluğu ilə İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.