Ata Abdullayevin nəşriyyatın binasından çəkiliş etməsi baş direktoru ÖZÜNDƏN ÇIXARDI - VİDEO

Baxış sayı:
11131

Xəbər verdiyimiz kimi, tanınmış blogger Ata Abdullayev bu gün Azərbaycan nəşriyyatının binasına gedərək, oradakı vəziyyəti videogörüntü ilə sosial şəbəkələrdə canlı yayım edib. Canlı yayım zamanı Ata Abdullayev Azərbaycan nəşriyyatının və mətbuatın vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Eyni zamanda Ata Abdullayev Azərbaycan nəşriyyatının binasında otağları gəzərək, sosial şəbəkədə paylaşıb. Bu zaman binada heç kəs gözə dəyməyib. Demokrat.az məsələ ilə bağlı “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənməyə çalışıb. Bloggerin binaya gəlməsindən xəbərsiz olduğunu deyən baş direktor Ata Abdullayevin bu hərəkətlərinə çox əsəbi halda qısa cavab verib: "Axı Ata Abdullayevi binaya kim buraxıbb?!...". Daha sonra Ağabəy Əsgərov danışmaq istəməyib.