Assanjın vəkili həbxanada onunla pis davranıldığını deyir

Baxış sayı:
6153

WikiLeaks-in təsisçisi Culian Assanjın vəkili hakimə onun 11 dəfə əllərinin qandallandığı, 2 dəfə çılpaq soyundurulduğu və ekstradisiyası ilə bağlı məhkəmə dinləmələrinin ilk günü bütün sənədlərin qarşısından götürüldüyü barədə şikayət edib.

Vəkil Edvard Fitzcerald hakimə bildirib ki, Assanja həbsxanada göstərilən münasibət məhkəmə prosesinə hörmətsizlikdir.

Fevralın 24-də ABŞ-ın tələbi ilə ekstradisiya dinləmələrinə start verilib.

Məhkəmə prosesində hakim Amerikanı təmsil edən vəkillərin iddialarını dinləyir.

Casusluq və hakerlikdə ittiham edilən Assanj Dövlət Departamenti və Pentaqonun ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatları barədə məxfi məlumatlarını açıqlamaqda günahlandırılır.

Hakim Venessa Bareytser Assanj bir neçə ay davam edəcəyi gözlənilən məhkəmə prosesində iştirak etməyincə hərəkət etmək gücünə sahib olmadığını söyləyib.

ABŞ prokurorları WikiLeaks-in redaktə olunmamış sənədlərini dərc etməsi ilə adları hallanan ABŞ kəşfiyyat mənbələrini ölüm riski altına aldığını bildirib.

Assanj 1-ci düzəlişin müdafiəsi altında jurnalist kimi fəaliyyət göstərdiyini deyib.

Onun vəkilləri iddia edir ki, 175 il həbsi nəzərdə tutan ABŞ-ın ittihamları vəzifədən siyasi motivli sui-istifadədır.

Vəkillər bundan əlavə Assanjın insan həyatlarını riskə atmasını da rədd edib.

Vəkil Mark Sammers deyib ki, WikiLeaks 2010-cu ildə də media şirkətləri ilə çalışıb və redaktə edilmiş sənədlərin məcmuəsini dərc edib.

Assanj ilk dəfə 2010-cu ildə Londonda İsveçin tələbi ilə həbs edilmişdi. O zaman o, iki qadının zorlanması və seksual təcavüzdə ittiham edilmişdi.

2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj o ölkədən siyasi sığınacaq ala bilməmiş və Britaniyaya təhvil verilmişdi.

O vaxtdan bəri Assanj xüsusi rejimli həbsxanada saxlanılır.