Arvadını öldürdü, sevgilisini isə ...

Baxış sayı:
11827

Türkiyənin Tekirdağ bölgəsində Fatih E. həyat yoldaşı Elif E.-i tüfənglə atəş edərək öldürüb. Onun görüşdüyünü iddia etdiyi Uğur K.-ı isə ağır yaralayıb. Hadisədən sonra polisə təslim olan Fatih sorğu verdikdən sonra ədliyyəyə göndərilib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih E. həyat yoldaşının xəyanət etdiyindən şübhələnərək onun telefonunu yoxlamağa başlayıb. Həyat yoldaşının telefonunu yoxlayarkən onun Uğur K. adlı şəxslə tez-tez əlaqə yaratdığını görüb. Fatih E. yoldaşından nəyə görə həmin şəxslə görüşdüyünü soruşanda Elif E. görüşdüyünü təkzib edib. Fatih E. Uğur K.-ı görüşə çağırıb. Fatih E. yoldaşı ilə birlikdə Uğur K. ilə görüşməyə gedib. Danışıq əsnasında Uğur K. və Fatih E. arasında dava başlayıb. Fatih E. maşından tüfəngini götürüb Uğur K.-a atəş açmağa çalışıb. Elif K. onun qarşısına keçdiyi üçün güllə onun başına tuş gəlib və o həyatını itirib. Uğur K. isə belindən yaralanıb. Onu xəstəxanaya aparıblar və həyati təhlükəsi olduğu bildirilir. Xəyanətə uğrayan Fatih E. ədliyyəyə aparılıb.