Almaniya BQXK-nın Qarabağdakı fəaliyyəti üçün vəsait ayırdı
13-11-2020 14:49
Baxış sayı:
1461

Almaniya hökuməti 2020-ci ilin sonuna qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
Diplomatın sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti və Qırmızı Xaç Cəmiyyətləri ilə əməkdaşlıq edərək Qarabağ münaqişəsindən əziyyət çəkərək fövqəladə humanitar vəziyyətə düşmüş insanlara kömək olacaq, bərpa və və yenidənqurma işlərində iştirak edəcək./report