​Alman Bundestaqının nümayəndə heyəti ADU-da - Foto

Baxış sayı:
9850

Bu gün Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.
Muxalifet.az xəbər verir ki, nümayəndə heyətinin ADU-ya səfərinin əsas məqsədi Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak edəcək ən yaxşı iştirakçını seçməkdən ibarətdir. Berlin Humbolt Universitetinin təqdiqatlar üzrə vitse-prezidenti prof.dok. Peter Frenş və Almaniya Parlamentində şöbə müdiri Birgit von Pfluqdan ibarət nümayəndə heyəti öncə ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb. .
Daha sonra qonaqlar tələbələrlə görüşüb və Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (İPS) hər il ali məktəbi bitirən 7 nəfərə qədər azərbaycanlı gəncə Bundestaqın bir deputatının yanında çoxsaylı iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən proqramla maraqlanan tələbələrə İPS proqramı haqqında məruzə oxunacaq və qısametrajlı film təqdim ediləcək.