Ağdam kəndi şəhidimizin dəfninə hazırlaşır - İZDİHAM VAR

Baxış sayı:
421

Dünən düşmən təxribatı nəticəsində şəhid olan baş əsgərimiz Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasiminə hazırlıq gedir.

"Yeni Müsavat" qəzetinin hazırda Tovuz rayonun Ağdam kəndində olan reportyor qrupu xəbər verir ki, mərhumun evinə xeyli sayda kənd sakini toplaşıb.

Şəhidimiz Elşad Məmmədov əslən Ağdam kəndindən idi. 

O, Ağdam kəndinin Şəhidlər Xiyabanında dəfn ediləcək.

Hazırda məzarın qazıntısına başlanıb.