ABŞ-ın “Təhlükəsizlik bölgə” ilə bağlı planı mediaya sızdı

ABŞ-ın Suriyadan çəkilməsindən sonra qurulacağı bildirilən tampon bölgə ilə bağlı yeni bir iddia ortaya atılıb. Buna görə, Vaşinqton Qərb ölkələrindən ibarət bir koalisiya yaratmağı planlaşdırır, sözügedən tampon bölgəni də bu koalisiyanın qorumasını istəyir.
“Wall Street Journal”-ın yüksək səviyyəli rəsmilərə əsaslandırdığı xəbərinə görə ABŞ tampon bölgənin müttəfiqləri Fransa, İngiltərə və Avstraliya tərəfindən qurulmasını planlaşdırır. Vaşinqtonun öz əsgərlərini çəkib, bu ölkələrin regiona yerləşməsi qarşılığında hərbi yardım təklif etdiyi bildirilir.
TÜRKİYƏ BU FİKRƏ QARŞI ÇIXDI
Xəbərdə, “ABŞ rəhbərliyi həm Türkiyənin Suriyadakı separatçı kürdlərə dair narahatlıqlarını aradan qaldırmaq, həm də Türk güclərini İŞİD-la mübarizə aparan ABŞ dəstəkli Suriyalı kürdlərdən (PKK/YPG) uzaq tutmaq məqsədilə aralarında İngiltərə, Fransa və Avstraliyanın da olduğu müttəfiqlərini Suriyanın şimalında məsuliyyət götürməyə razı salmağa ümid edir. Türkiyə isə bu fikrə qarşı çıxdı" deyilib.
PLANIN TƏFƏRRÜATLARI NƏDİR?
“Wall Street Journal” Amerika planının detallarını da yazıb. Buna görə, ABŞ Suriya-Türkiyə sərhədində 32 kilometr (20 mil) dərinliyində Fərat çayının şərq sahilindən Suriya-İraq sərhədinə uzanan bölgədə PKK/YPG ilə birlikdə yaratdığı nəzarəti bir koalisiya gücünə buraxmağı planlaşdırır.
Öz əsgərlərini çəkəcək olan Vaşinqtonun buraya yerləşəcək Qərbli güclərə kəşfiyyat, müşahidə dəstəyi verməyi təklif etdiyi bildirilir. ABŞ-ın qonşu İraqda ehtiyac duyulduğu təqdirdə yenidən Suriyaya keçəcək bir "sürətli reaksiya gücü" saxlama sözü verdiyi də xəbərdə bildirilib.
Qəzetin söhbət etdiyi Avropalı bir səlahiyyətli bu təşəbbüsü təsdiqləyərkən, hələ rəsmi bir cavab verilmədiyini və bir razılaşma olmadığını, danışıqların davam etdiyini deyib. Xəbərdə, ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun önümüzdəki həftə İŞİD əleyhinə koalisiyaya üzv ölkələrdən həmkarlarını qəbul edəcəyinə diqqət çəkilib.
“Wall Street Journal”-a görə, ABŞ baş qərargahının rəhbəri Cozef Dunford da keçən həftə Brüsseldə görüşdüyü bir sıra Avropalı lideri plana inandırmağa çalışıb. Qəzetə məlumat verən şəxslər ABŞ-ın, "tampon bölgə yaradılmazsa 3.5 milyon qaçqın Avropaya qaça bilər” arqumentini istifadə etdiyini söyləyib.
Müxalifət.az