​ABŞ orada qondarma dövlət qurmaq istəyir - Rusiya

Baxış sayı:
2380

ABŞ Suriyadakı müttəfiqləri vasitəsilə Fəratın şərq sahilində qondarma dövlət qurmağa çalışır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“İdlib Suriyada son problemli bölgə deyil. Orada, Fəratın şərqində qətiyyən qəbuledilməz olayların baş verdiyi geniş ərazilər var. ABŞ kürdlər vasitəsilə orada qondarma dövlət qurmaq üçün bu torpaqlardan istifadə edir. Eyni zamanda bu ərazilərdə yaşayan və himayəsində olan şəxsləri qorumaq üçün ABŞ əlindən gələni edir”, - deyə Lavrov bildirib.