ABŞ MƏĞLUB OLDU

Muxalifət.az xəbər verir ki, Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli sammiti dünyada əks-səda doğurmaqda davam edir.
Almaniyanın “Der Tagesspigel” qəzetinin əməkdaşı Susanna Qüsten öz yazısında, Türkiyə prezidenti R.T.Ərdoğan, Rusiya prezidenti V.Putin və İran prezidenti H.Ruhaninin bu gün Soçidə keçirəcəkləri üçtərəfli sammit zamanı ABŞ-ı “bir kənara itələyib” Suriyanın gələcəyi barəsində qərar qəbul edəcəklərini bildirib.
 
“ABŞ indidən məğlublar sırasındadır”
Üç liderin Suriya məsələsinin siyasi həlli və yeni gərginliyi azaltma bölgələri qurmaq planlarını müzakirə edəcəklərini və bu sammitdə qazanan tərədin Bəşər Əsəd ola biləcəyini qeyd edən Qüsten, Soçuyə dəvət edilməyən ABŞ-ın indidən məğlublar sıradında olacağını yazıb.
 
ABŞ-ın alternativ strategiyası yoxdur
Qüsten yazısında ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelmandan da sitat gətirib.
Edelmanın fikrincə, İsrailin və Bəsrə körfəzindəki sünni ölkələrin mühafizəçisi vəziyyətində olan ABŞ-ın Suriyada həyata keçirmək üçün əks strategiyası yoxdur. Edelman bu halda, Rusiya ilə İranın heç bir maneə  ilə qarşılaşmadan Suriyada öz istədikləri nizamı quracaqlarını vurğulayıb.