ABŞ Əfqanıstandan çıxsa, biz də gedəcəyik - Çexiya
9-02-2019 19:13
Baxış sayı:
5815
Əgər ABŞ əsgərləri Əfqanıstanı tərk etsə, Çexiya da hərbçilərini geri çağıracaq.
Muxalifet.az xəbər verir ki, bunu “Pravo” qəzetinə müsahibəsində Çexiya Müdafiə naziri Lubomir Metnar deyib.
“Amerikalılar Əfqanıstanı tərk etsə, biz də gedəcəyik. Əgər Vaşinqton əsgərlərinin sayını azaltsa, biz də adekvat addım atacağıq”, - o bildirib.
Qeyd edək ki, Çexiyanın Əfqanıstandakı hərbçilərinin sayı 250 nəfərdir.