​ABŞ-dan Rusiyaya növbəti ZƏRBƏ: S-400...

ABŞ hökuməti Rusiyaya tətbiq edəcəyi sanksiyalara “S-400” maddəsi də əlavə edib.
ABŞ Rusiyanın “S-400” müdafiə sistemi və “Kalaşnikov” silahlarını satan “Rosoboronexport” və “Almaz-Antey” şirkətlərini qara siyahıya alıb.
Sanksiyaların siyahısı ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb və konqresə təqdim edilib.
1 oktyabr tarixində tamamlanması gözlənilən layihənin bu zamana qədər gecikməsi müxalifəti şübhəyə salıb. Onlar ABŞ hökumətinin Rusiya ilə işbirliyi içində olduğunu iddia edib. Mövzu ilə bağlı açıqlama verən ABŞ-ın dövlət katibi Reks Tillerson layihənin bu qədər gecikməsinə səbəb olaraq ABŞ-ın Rusiya ilə ticarət əlaqələri olduğunu və bu əlaqələrin zərər görməsini istəmədiklərini bildirib.
Qeyd edək ki, Türkiyə bir müddət öncə Rusiya ilə “S-400” razılaşması əldə etmişdi. Səudiyyə Ərəbistanı da Moskvadan silah alması ilə bağlı anlaşmalara imza atmışdı./publika.az/