ABŞ-dan Rusiyaya çağırış: LƏĞV EDİN

ABŞ Rusiyaya Orta mənzilli Nüvə Qüvvələr müqaviləsinin (INF) şərtlərinin yerinə yetirilməsi və qorunması üçün əlində olan bütün SSR-8 tipli idarə olunan raketlərini və peyklərini təsdiq edərək məhv etmə çağırışı edib.
Qeyd edək ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağa yönəlmiş Nüvə silahları haqda saziş 1987-ci ildə Vaşinqtonda imzalanıb.
ABŞ prezidenti Donald Trampın Soyuq Müharibə dövründə Sovetlər Birliyi ilə imzalanan və nüvə döyüş təhdidini azaltmağa yönəlik ən əhəmiyyətli addımlardan biri olaraq qiymətləndirilən müqaviləni ləğv edəcəyi açıqlaması dünyada narahatlıqla qarşılanmışdı.
Tramp ötən günlərdə, "Biz müqavilədə sadiq qalan tərəf olduq və razılaşmaya hörmət göstərdik, ancaq Rusiya təəssüf ki, bu anlaşmaya hörmət göstərmədi, bu səbəblə müqaviləni ləğv edəcəyik, razılaşmadan çəkiləcəyik" deyə bildirmişdi.
Müxalifət.az




















