ABŞ-dan İrana MÜHARİBƏ ELANI: 5 gün sonra...

Baxış sayı:
673

ABŞ İranın, ya da müttəfiqlərinin amerikalılara, onun müttəfiqlərinə və ya mənafeyinə zərər verəcək hər hansı hücumuna qətiyyətli şəkildə qarşılıq verəcək. Bunu iranlı liderlərə xatırlatmaq istəyirəm”.
Muxalifet.az publika.az -a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.
İraqda hökumətə qarşı baş qaldıran etiraz aksiyaları ilə bağlı danışan Pompeo bu etiraz aksiyalarına görə İranı ittiham edib: “İran son dövrdə İraq təhlükəsizlik qüvvələri ilə ABŞ və Beynəlxalq Koalisiya əsgərlərinin yerləşdiyi bazalara bir çox hücum təşkil etdi. İran qonşularının suverenlik haqlarına hörmətlə yanaşmalı, həm İraqdakı, həm də bölgədəki qollarına hərbi dəstəyi dərhal kəsməlidir”.
Qeyd edək ki, Bağdad Beynəlxalq Hava limanı yaxınlığında dekabrın 9-da 4 katyuşa raketi ilə hücum həyata keçirilmiş, 6 əsgər yaralanmışdı.
Bundan başqa, Səlahəddin və Ənbar vilayətlərindəki ABŞ əsgərləri silahlı hücuma məruz qalmışdı.