"ABŞ Bakını seçdi, nəticəsi də budur!" - SARKİSYAN

Baxış sayı:
4633

Tramp administrasiyasının Qarabağa yardımı dayandırması Azərbaycan lobbisinin aktivliyi və Vaşinqtonun xarici dövlətlərə maliyyə yardımını azaltmasıyla bağlıdır.

Bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Suren Sərkisyan deyib. O, Tramp administrasiyasının xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşımayan ölkələrə yardım vermədiyini və bunun üçün ümumi xarici yardımları 40% azaltdığını bildirib:

“Vaşinqtonda Azərbaycan lobbisinin aktiv fəaliyyətini qeyd etmək lazımdır. Hətta aydınlaşdıra bilmişik ki, Azərbaycan lobbisi ABŞ Təhlükəsizlik Şurasında fəaliyyət üçün nə qədər vəsait xərcləyir. Məhz Təhlükəsizlik Şurası proqramın davam etdirilməməsi üçün qərar verib. Erməni lobbisinin aktiv fəaliyyəti və 70 konqresmenin məktubu bu məsələdə öz təsirini göstərməyib. Qərar azərbaycanlıların gördüyü iş və Tramp administrasiyasının xarici yardımların həcmini azaltmaqla bağlı ümumi səyləri nəticəsində qəbul edilib. Bakı ABŞ üçün prioritetə çevrilib və təsadüfi deyil ki, 2018-2019-ci illərdə ABŞ Azərbaycana 800 milyon dollar həcmində hərbi yardım edib”.

Sərkisyan yardımın dayandırılması barədə söhbətlərin Ermənistanın Suriyaya yardım etməyə başladığı zaman yarandığını bildirib./axar.az