77 İLDİR QÜRBƏTDƏ YAŞAYAN TÜRK TOPLUMU! - Axısxa Türklərini illərdir ayaqda saxlayan milli dəyərlər…

Baxış sayı:
992

Axıska Türklərinin öz tarixi vətənlərindən sürgün edilmələrinin 77-ci ildönümü Türkiyəni “Milat” qəzetində (milatgazetesi.com) də geniş işıqlandırılıb.

Qafqaz.media xəbər verir ki, müəllif məqaləsində 77 il əvvəl – 14 noyabr 1944-cü ildə Sovetlər Birliyinini rəhbəri Stalinin göstərişi ilə vətənlərindən zorla deportasiya edilən Axısxa Türklərinin ağrı-acılara, vətən həsrətinə baxmayaraq, bütün çətinliklərə sinə gərərək həyatda qaldıqlarını bildirir.

Yazıda Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun fikirlərinə də yer verilir: “Sürgün yolu ilə məhv edilməyə çalışılan Axısxa Türkləri bütün çətinlikləri aşmış, birlik və həmrəyliklərini təmin edərək, əzəmətli bir xalq olmuşdur. 77 il milli kimliyini, mədəniyyətini, dilini, dinini unutmadan bu dəyərlərlə yaşayıb. Onlar yaşadıqları ölkələrdə yerli xalqla qardaşcasına yaşayan, ölkələrinə iqtisadi töhfə verən, eyni zamanda zəhmətkeş bir xalqa çevriliblər. DATÜB olaraq vətənimiz Axısxaya dönmək istəyən millətimizin hüquqlarının bərpası, yerləşdiyi ölkələrdəki problemlərinin həlli və daha gözəl sabahlar üçün fəaliyyət göstərmək ən mühüm prinsiplərimiz olacaq. Bu hisslərlə 76 il əvvəl sürgündə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad, məkanları cənnət olsun. Allah millətimizə bir daha belə əzab-əziyyət yaşatmasın”.

Dünya Ahıska Türkləri Birliyinin (DATUB) Baş katibi Fuat Uçar isə Axısxa Türklərinin sürgünlərinin 77-ci ilində sağ qalmağı bacardığını ifadə edərək, “Bu gün DATÜB ətrafında birləşən Axısxa Türkləri, köç və sürgünlərə, vətəndən uzaq qalmalarına baxmayaraq, doqquz ölkədə varlıqlarını davam etdirirlər. 1994-cü ilin sürgünündən bu yana ayaqları üstündə durmağı bacaran Axısxa Türkləri bir toplum olaraq yaşadıqları ölkələrə sədaqətləri ilə nümunə göstərilir'', - deyib.

Məqalədə daha sonra Axısxa Türklərinin sürgün zamanı başına gətirilən faciələr xatırladılır.