Zəlzələ ilə bağlı Türkiyədəki səfirliyimiz hərəkətə keçdi
25-01-2020 00:52
Baxış sayı:
2689
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.
Muxalifet.az səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.
Qaynar xətt: 00905526792565.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.
Muxalifet.az