​ABŞ-da Rusiya diplomatlarına qadağalar qoyuldu… - SƏFİRLİKDƏN AÇIQLAMA

Baxış sayı:
3542

ABŞ Dövlət Departamenti Rusiya diplomatlarının San Dieqoda (Kaliforniya ştatı) müqəddəs saleh Con Kronştadtın abidəsinin açılış mərasiminə getməsinə icazə verməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi xəbər verir.

“Rusiya diplomatları doğma mədəniyyətimizin, rus dilinin qorunub saxlanmasına, eləcə də diasporumuzun birliyinin möhkəmləndirilməsinə töhfə verən əlamətdar tədbirdə iştirak etmək istəyirdilər. Lakin Dövlət Departamenti bizim səfərimizə razılıq verməkdən imtina etdi”, - diplomatik missiya qeyd edir.
Oktyabrın 29-da San Dieqodakı pravoslav kilsəsinin ərazisində İoann Kronştadlının abidəsinin açılışı olub. Tədbirdən sonra San-Fransisko və Qərbi Amerika arxiyepiskopu Kirill mərasim keçirib. Abidə Sankt-Peterburqda hazırlanıb və daha sonra ABŞ-a aparılıb.