​İDMAN GÖZƏLLİKDİRMİ?.. – Allahverdi Eminov yazır

Baxış sayı:
2354

Suala müsbət cavabı Sovet dönəmində aldığımı xatırlayıram. Sistem uşaq¬la¬rın və gənclərin beyninə işləmişdi ki, İdman sağlamlıqdır, insanı gumrahlaşdırır, cə¬surlaşdırır, iradəli edir və sair. Bu, həqiqətdir! İdman hərəkətdir, orqanizmi xəs¬təliklərdən qoruyur, ürəyin ritmini normallaşdırır. Bunu klassik pedaqoqlardan J.J.Russo, A.A.Komenski, Con Lokk da etiraf etmişlər. Hələ eramızdan əvvəl Aris¬totel “Poetika” əsərində yazmışdır ki, gözəllik, sağlamlıq istər müəyyən bir canlıda və ya şeydə məlum hisslərdən ibarətdirsə onda gərək bu hisslər nəinki müəyyən nizam¬da, həmçinin münasib həcmdə olsun.
Gözəllik nizamdadır. Mən ali məktəb¬lər¬də çalışdığım: Otuz il dərs dediyim illərdə də bu mövqeyimdə qalmışam. Lakin vaxt yetişdi “idman – gözəllikdir” anlayışı əvvəlki qüvvəsini itirdi, əsas günah So¬vet qanunlarına qarşı yaranan biga¬nəlik, saymazlıq və ciddi təsir altına düşməkdir. Baxılan kinofilmlər, translasiya olunan idman yarışları, xarici ölkələrə səfərlər və s. qazanılan müstəqillik idmanda öz mənfi izini əsaslı şəkildə göstərdi, xüsusilə, qa¬dın idmançılara tətbiq olunan növ¬lər geniş vüsət aldı. Deyək ki, qadınlara sərt id¬man oyunları qadağan edilmişdi, karate, boks, cüdo xüsusilə nəzarətə alınmışdı. Ya¬rışlar kütləviləşməmişdi, tatami üzərinə ayaq açmamışdı, beynəlxalq yarışların gün¬dəliyinə düşməmişdi. XXI əsr öz gəlişi – girişilə bir sıra bəlalar gətirdi, insan¬ların psixologiyasına ciddi həmlələr etdi, “Mədəni davranış” stixiyasını pozdu, qəd¬darlıq, amansızlıq, hövsələsizlik və s. adiləşdi. İş o yerə dirəndi, övlad validey¬ni, valideyn isə balasını qətlə yetirdi. Yeniyetmə – gənclər sərbəstlik həvəsilə bö¬yük¬lərə qarşı kobudluğa, ötkəmliyə, la¬qeyd¬liyə yol verdilər. Sinifdə şagirdlər müəl¬liminin “uşaqlar, sakit olun” xahişinə əhəmiyyət vermədilər, icazəsiz əyləş¬diyi partadan durub başqa skamyada oturdular. Hövsələsiz şagirdlər yerindən atılıb lövhəyə tərəf getdilər və ilaxır. Bu qeyri normal davranışlar bu gün məktəb¬lə¬ri¬mizdə adiləşmişdir. İdman müəllimləri öz gücünü şagirdinə tətbiq etməkdən belə, da¬şınmırlar. Son illər bu hal məktəblərimizdə tez-tez baş vermişdir. Mətləbə qa¬yıdıram: İdmanın sərt növləri nəinki cavan kişilərdə, hətta qızlarda (qadınlarda) adi vər¬dişə çevrilmişdir. Rəsmi yarışların proqramına karate, cüdo, güləş, boks, futbol id-man oyunları daxil edilmişdir. Bəlkə də özümü qınaq hədəfinə verirəm: “Azəri – türk qızlarının belə “amansız” oyunlara kütləvi şəkildə qoşulmasını qeyri – məqbul sa¬yıram. Xarici qızların belə sərt oyunlarda iştirakına adi baxmaq mümkündür və tele – ekranlara baxanda yarışan qızların aqibətinə ikrahla yanaşıram. Görünür, be¬lə idman növlərini proqrama daxil edən qurumlar üçün qadın gözəlliyindən zövq almaq yox, tatami üzərində eybəcər səs çıxarmaq, qışqırmaq, rəqibinin üstünə vəh¬şi¬cəsinə atılmaq zövq verir. Qadının gözəlliyini şərtləndirən əlamətlər çoxdur: on¬ların saç¬ları, dodaqları, sinələri, qolları, ətli əlləri, simmetrik baldırları və s. tarixən kişiləri özünə bağlamışdır, deyərdim “əsir” etmişdir, məhəbbət hissi oyatmışdır. Vax¬tilə yazmışdım ki, qadın (qız) dibçəkdə bitmiş çiçək kimidir, onu vaxtaşırı su¬lamaq lazımdır. Bəli, qız yuxuda da gözəl görünmək istər. Sərt oyunlar qızları gö¬zəl¬lik taxtından – qadınlığından endirir, onun sanki xarakterini dəyişdirir, kişiləş¬dirir, axı, kişi qadın deyil ki, bər – bəzəkli görünsün, belə “qadınlaşan” kişiləri zərif xa¬nım¬lar sevmir! Futbol, boks, ağırlıq qaldıran, əzələ nümayiş etdirən və s. idman növ¬lərinin öhdəsindən gələn qızların “fədakarlığı” alqışa layiq deyil, bunlar zərif cin¬sə xas olmamalıdır. Bunlar qadın məxluquna yaraşmır, estetikadan daha çox sen-sasiyaya uymaqdır. Amma bədii gimnastikanı qadına nə qədər yaraşdırı¬rıqsa, bir qədər zərif cinsin ağır idman növlərinə qoşulmasını məqbul saymırıq, məqsə¬də¬uyğun hesab etmirik.
Budur 18-20 yaşlı qız tatami üzərində görünür, karate (yaxud cüdo yarışıdır) hər iki rəqibi bir-birinə “düşmən” edir, bir-birinə amansız (!) zərbələr endirirlər, hər zərbədə qıza yaraşmayan çığırtılar eşidilir. Deməli, Oyun qızlara xas titrək, xoş, həlim səsi boğmuşdur, ahəngindən çıxarmışdır. Beləcə, idmandan uzaqla¬şan¬dan sonra, ana olandan sonra onun qazandığı nə olacaqdır? Üzr istəyirəm: kobud¬laş¬mış qadın səsi! Qadın səsi kişilərdən fərqli olaraq məlahətilə seçilməlidir, dinlə¬yiciyə xoş təsir bağışlamalıdır. Səs fəryad deyil rəqibini lərzəyə salsın...
Budur, iki növcavan qız tatamiyə çıxmışlar, güləşirlər. Birisi həmkarını üstə¬lə¬mişdir, yerə sərmişdir, o isə hey çabalayır, çırpınır, qılçalarını havada oynadır ta¬ma¬şaçılar qarşısında. Bəs oyuna baxanlar bu qeyri – normal, etikadan kənar hərə¬kət¬lərdən zövq alırlar? Bu zövq deyil, cavan, zərif qızın xalça üzərində kobud¬laş¬mış hərəkətidir, o, sürünür, çırpınır qızın – gələcək ananın bədənini haldan hala sal¬ması nəyi vəd edir? Bu, ancaq fiziki hərəkətdir, bəs daxilən, ruhən hansı hissləri keçirir? Təsəvvür etmək çətindir...
Budur, 22 qız stadionda görünürlər, futbol oynayırlar, topa zərbələr endi¬rir¬lər, sanki bu zaman kişiləşirlər. Axı, bu qızlar zərif məxluqlardır, onlar isə fənd iş¬lə¬dir, torpağa sərilir, ayaqları zədələnir, saçları səliqəsini itirir və ilaxır. Məşhur fut¬bolçu Pele “qadın futbolu”nu eşidərkən çiyinlərini çəkib demişdir: “Qadınlar öz tə¬biətləri etibarilə zərif və kövrəkdilər, futbol kişilər üçün yaranmışdır”. Paradoks o ol¬du: Pelenin qızı dünyada məşhur futbolçu oldu!
Gözəlliyə xələl gətirmək günahdır, qadın xüsusilə, təbii – fiziki gözəlliyi qo¬ruyub saxlamalıdır, bu gözəllik onun yaradıcılıq zirvəsidir. V.Şekspir əbəs demə¬miş ki, gözəllik danışmağa başlayanda bütün natiqlər susur...
Budur, iki zərif qız rinqə çıxmışlar, qəşəng əlləri əlcəkdədir,barmaqlar sanki don¬muşdur. Rəqiblər bir-birinə yumruq atırlar, zərbə rəqibin qaşını partladır, göz¬lə¬ri qapanır. Dodaqlarından qan sızır. Düzü, qızların boks döyüşlərinə baxanda ürə¬yim ağrıyır, xüsusilə, şərqli qızların, müsəlman ailəsində doğulan və tərbiyə alan¬ların belə eybəcər hala düşməsini bağışlaya bilmirəm. Daha Qərblə Şərqin fərqi ha¬rada qaldı? Amansız təkbətək döyüşdə gözəlliyi, məlahətliyi, sağlamlığı özündə eh¬tiva edən üz – çöhrəsi nə vaxt sağalacaqdır? Belə qızlar unudur ki, sabah bir oğ¬lanın sevgisi ola bilər, birisi gün isə Ana, övlad sahibi.
Boks döyüş növüdür, iki tərəfin əlbəyaxa mübarizəsidir, gözəlliyi rinqdə itir¬mək deyil!
Qızlar (qadınlar) üçün məgər azmı idman növləri vardır: volleybol, gimnas¬ti¬ka, basketbol, tennis, əltopu, dama, şahmat və s. bunlar da sağlamlığa zəmanət ve¬rir, gözəlliyi qoruyur, qadın vücudunu simmetriyasını – ahəngini saxlayır. Qızlar – gə¬ləcək qadınlar – analar şöhrətpərəstliyə, mukafatlara, vəzifələrə aludə olub sərt, deyərdim ki, amansız döyüş ruhlu idman növlərindən uzaq olmalıdır, indiki – möv¬cud məlahətin qayğısına qalmalıdır, xalçada, rinqdə, meydanda zərifliyini itir¬mə¬məlidir, elastik bədənini ikrah doğuran vəziyyətlərə gətirməməlidir. Vaxtilə, Şərq¬də qızların fiziki tərbiyəsi diqqət mərkəzində olmuşdur: at çapmışlar, şahmat oy¬namışlar, qılıncla məşq etmişlər və sair oyunlar onları bir növ düşmənlə döyüşə ha¬zırlıq məqsədi daşımışdır, intellektuallığa xidmət göstərmişdir, tamaşaçılar es¬te¬tik zövq almışlar, daha qızların gözəlliyinə xəyanət edən idman oyunlarına rəvac ver¬məmişlər.
Qadın məxluqu var olan məkanda yalnız gözəllik barədə düşünməliyik, qa¬dını solmağa, məlahətini itirməyə imkan verməməliyik. Onun sağlam çöhrəsi gül lə¬çəyinə bənzər, onu yarpaqla vursaq, bu, qadını təhqir etmiş olarıq.
Məşhur Şərq şairi Naseh (1865-1914) bir şeirində yazmışdır:
 
Qadın bir jalədir kim, düşsə
gül üstə olur incu,
Əgər nacis ələ düşsə olur
bir cəfa tək bədbu.
Qadın bir tək gülə bənzər –
sıxılmaqdan solar gül tək,
Zərif əllərdə saxlansa
soluxumaz, həm verər xoş bu.
Sual cavabımda yanılmamışam ki!?