Yasamal sakinindən tapança tapıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tural İsparovun üzərindən silah-sursat tapıb.

DİN-dən verilən məlumata görə, axtarışlar zamanı Yasamal rayonu ərazisindən ondan “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.