​Xətaidə dava zamanı qan töküldü – POLİS ARAŞDIRMA APARIR

Baxış sayı:
27722

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Muxalifet.az xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü İsayev Tofiq Zabit oğlu dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.