Antalyada 35 min avro oğurlamaq istədilər, canlarından oldular – AZƏRBAYCANLILARI ÖLDÜRƏN UKRAYNA VƏTƏNDAŞI HƏBS EDİLDİ

Baxış sayı:
21695

Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.
Türkiyə mətbuatı xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb. Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib.
Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.