Universitetin həyətində tələbə bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb.
Muxalifet.az xəbər verir ki, hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib.
Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır.