​Ucarda atanı öldürüb, oğlunu yaralayan ŞƏXS TUTULDU

Baxış sayı:
526

Ucar rayonunda ata və oğlunu bıçaqlayan şəxs tutulub.
Ucar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.