​Türkiyədə narkobaronlara qarşı əməliyyat: BİR AZƏRBAYCANLI TUTULDU

Baxış sayı:
3118

Türkiyənin Balıkəsir vilayətində narkotik maddə ticarəti ilə məşğul olan şəxslərlə bağlı əməliyyat keçirilib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir evdə keçirilən əməliyyat zamanı 3 əcnəbi tutulub.
Şübhəlilər uyuşdurucu maddəni dolaba qoyarkən tutulublar. Saxlanılanların üzərindən 5, 49 qram xüsusi təhlükəli narkotik aşkarlanıb.
Polisdə dindirilmələrdən sonra şübhəlilərlə bağlı məlumatlar prokurorluğa göndərilib. Məhkəmə azərbaycan əsilli Ş.N. barəsində həbs qərarı çıxarıb. Türkmənistan vətəndaşları J.T. və T. Ö. Isə sərbəst buraxılıb.